“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb

img

04-02-2026 [13:05]


“Kontakt Home” mağazalar şəbəkəsi növbəti dəfə müştəriyə zay məhsul satmaqda ittiham olunur. İddialara görə, mağazanın göndərdiyi ustalar yeni məhsulu təmir etmək əvəzinə onu daha da yararsız vəziyyətə salaraq ərazini tərk ediblər.

Mia.az Tribuna.az-a istinadla xəbər verir ki, bu barədə şikayətçi Taleh Eyyubov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, “Kontakt Home”dan məhsul almağı heç kimə məsləhət görmür:

“2024-cü ilin sentyabr–oktyabr aylarında onlayn şəkildə 1445 manata Samsung markalı paltaryuyan maşın almışam. Məhsul evə gətirildi, lakin quraşdırmaya gələn işçi maşını işə sala bilmədi.

Daha sonra usta göndərdilər. Gəldi, ‘Add Wash’ hissəsində nəsə etdi, nə etdiyini özüm də başa düşmədim, üstəlik rezini cırıb getdi. Çıxıb şirkətə zəng edərək guya maşının işlədiyini deyib, yalan məlumat verib.

Maşının iş prinsipini sonradan özümüz tapdıq.

Amma işləyərkən su axıdır.

‘Qızıl zəmanət’im var, hələ 2 il qüvvədədir. Buna baxmayaraq, məhsulu dəyişmək əvəzinə günahı mənim üzərimə atırlar ki, guya maşını özüm xarab etmişəm.

Artıq bu iyrənc münasibəti görüb söz verirəm ki, bir də bu şirkətdən iynə belə almaram. Bu şirkətdən nəsə alanda iki dəfə düşünün”.

Qarşı tərəfi dinləməyə hazırıq.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA