"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?

img

16-01-2026 [14:35]


İl yeni daxil olsa da, "Azərişıq" ASC-nın bəzi əməkdaşları işıqpulu yığmaq adı ilə quldurluq edirlər.

Mia.az xəbər verir ki, onlar bu dəfə Bakının Səbail rayonu ərazisində - "Jurnalistlərin binası"nda hətta borcu olmayan sakinlərin işıqlarını qanunsuz kəsiblər.

"Jurnalistlərin Binası"nın "Votsap" qrupunda yazılanlardan bəlli olur ki, son dekabr ayının işıq qəbzləri yanvarın 5-6-ı paylansa da, "Azərişıq" əməkdaşları indidən binaya "hücum" çəkiblər: "Qanunla onların, ümumiyyətlə, belə özbaşına formada sayğacdan işıqları söndürməyə səlahiyyətləri yoxdur. Ancaq fakt budur ki, hətta dekabr ayının borcunu ödəyən sakinlərin də işıqlarını dayandırıblar. Belə özbaşınalıq olar?!"

Sakinlər deyir ki, "Azərişıq" əməkdaşları binanın həyətinə "kəsim briqadası" ilə gəldikdən sonra gah 2-3 ay borcu olanların sayğaclarının zirzəmidən söndürüləcəyini, gah da "kimin 30 manatdan yuxarı borcu varsa, işığı dayandırılacaq" deyiblər: "Bunu da yalnız həyətdə olan 3-5 nəfərə deyiblər. Görünən budur ki, bu barədə sakinlərə əvvəlcədən heç bir rəsmi xəbərdarlıq olmayıb. Üstəlik, kortəbii davranaraq, "seçmə üsulu" ilə borcu olmayanların da işıqları söndürülüb. Hazırda bu səbəbdən binada narazılıq yaranıb...".

Borcu olmayan bəzi jurnalistlər isə "Azərişıq"ın bu əməlini təxribat adlandırıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA