Denis Draquş "Qaziantep"ə transfer olunub

img

12-01-2026 [19:32]


"Trabzonspor" Denis Draquşu "Qaziantep"ə icarəyə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qaziantep" komandası da oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Klub bununla bağlı açıqlama yayıb: "Qaziantep Futbol Klubu ulduz oyunçu Denis Draquş və Trabzonspor klubu ilə mövsümün sonuna qədər müvəqqəti transferi üçün razılığa gəlib. 2022-2023 mövsümündə də klubumuzda oynamış və komandamıza böyük töhfələr vermiş Denis Draquş, prezidentimiz Memik Yılmazın iştirakı ilə klubumuza bağlı qalacaq rəsmi müqaviləni imzalayıb. Denis Draquşu bir daha klubumuzda salamlayır və ona böyük uğurlar arzulayırıq."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA