Aygünlə Nanə Dubayda deputatın qardaşının dəbdəbəli toyunda - VİDEO (Yenilənib)

img

06-01-2026 [19:28]


Xalq artisti Aygün Kazımova Dubayda təşkil olunmuş dəbdəbəli toy mərasimində səhnəyə çıxıb.

Pop kraliça tədbir iştirakçıları üçün sevilən mahnılarını ifa edib və gecəyə xüsusi rəng qatıb.

Məclisin aparıcılarından biri olan Nanə Ağamalıyeva isə Aygün Kazımova ilə çəkdirdiyi fotoları sosial media hesabında paylaşıb.

O, paylaşımında belə yazıb: "Dubayda səhnəmizin ayı, günəşi, meqastarı - Aygün Kazımovanın möhtəşəm çıxışı. Sizi çox sevirəm. Eyni həyəcan və dünya boyda sevginin ünvanı Aygün Kazımova."

Tədbirdə Aygün Kazımovanın performansı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb./Milli.az

***

“Yeni Sabah” saytı isə öyrənib ki, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib.

Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün deputat Razi Nurullayev ilə əlaqə saxladıq.

O, sözügedən görüntülərlə bağlı “Allah mübarək eləsin!” deməklə kifayətlənib. Deputat özünün mərasimdə iştirak edib-etməməsi barədə sualı isə cavabsız qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA