Türkiyə Ermənistanla sərhədi 32 il sonra açır - 3 GÜNƏ...

img

29-12-2025 [00:05]


1993-cü ildən bəri bağlı olan Türkiyə-Ermənistan sərhədi açılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müvafiq qərarla sərhədin 1 yanvar 2026-cı ildən  açılması planlaşdırılıb.

Məlumata görə, birinci mərhələdə sərhəddə yeni yaradılan xidmət məntəqəsi yalnız üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün xidmət göstərəcək.

Məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Türkiyə sərhədində müasir infrastruktur və qabaqcıl texnoloji avadanlıqların təmin edilməsi üzərində iş gedir: "Dəmir yolu layihəsi Ddə bu prosesdə mühim rol oynayacaq. Bu infrastruktur Ermənistan-Azərbaycan, Ermənistan-Gürcüstan, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində istifadə olunacaq".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA