Liviyada üç günlük milli matəm elan olundu - Ankaradakı qəzada həlak olan generallara görə
24-12-2025 [09:00]
Liviya hökuməti dünən Ankaradan geri dönərkən təyyarə qəzasında həlak olan Baş qərargah rəisi və onunla birgə olan hərbi nümayəndə heyətinə görə ölkədə 3 günlük milli matəm elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ankara Əsənboğa Hava Limanından Tripoliyə getmək üçün havaya qalxan və Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu təyyarə hələlik müəyyən edilməmiş səbəbdən Haymana rayonunun Kesikkavak kəndindəki dağlıq ərazidə qəzaya uğrayıb: "Təyyarənin qəzaya uğradığı əraziyə axtarış-xilasetmə briqadası göndərilib. Çətin relyefə baxmayaraq, təyyarənin qalıqlarına tez bir zamanda aşkarlanıb. Ankara Baş Prokurorluğu tərəfindən hadisəni araşdırmaq üçün 4 prokuror təyin edilib".
Liviya Baş naziri Əbdülhəmid Dibeybe isə Ankarada qəzaya uğrayan təyyarədə olan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və onu müşayiət edən nümayəndə heyəti üçün başsağlığı mesajı yayıb: "Böyük kədərlə Liviya Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd əl-Həddad, Quru Qoşunları Komandanı Feyturi əl-Qribil, Hərbi İstehsal Korporasiyasının komandanı briqada generalı Mahmud əl-Katavi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əsəvi Diyab və Baş Qərargah Mətbuat Ofisinin fotoqrafı Məhəmməd Mahcubun Ankaraya rəsmi səfərdən qayıdarkən faciəli qəzada həlak olmaları xəbərini aldıq. Bu, vətən, hərbi qurumlar və bütün liviyalılar üçün böyük itkidir. Vətəninə səmimiyyət və sədaqətlə xidmət edən, intizam, məsuliyyət və milli sədaqətdə nümunə göstərən insanları itirdik. Şəhidlərimizin ailələrinə və Silahlı Qüvvələrdəki silahdaşlarına dərin hüznlə başsağlığı veririk. Uca Tanrıdan onlara bol mərhəmətini bəxş etməsini, onları geniş cənnətinə qəbul etməsini, ailələrinə və yaxınlarına səbir verməsini diləyirik."
Tahir Şəlvəli
MİA.AZ
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır
"Kamerasız gəl..." - Deputat Tahir Mirkişilinin qardaşı sakinlərin çıxarışını verə bilmir, qalmaqal böyüyür (VİDEO)
Məşhur aktyor 45 yaşında qəfildən vəfat etdi - Gecə yarısı + FOTO
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Müzakirə
Sabah hava necə olacaq? - Proqnoz