Məşhur YAP-çı Prezidenti belə təbrik etdi: "Qəhrəman nüvədililərin arzusu odur ki..."

img

24-12-2025 [00:09]


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin doğum günüdür.

Mia.az xəbər verir ki, bu münasibətlə Naftalanın sabiq icra başçısı, keçmiş deputat və YAP-ınməşhur funksionerlərindən olan Musa Musayev dövlət başısına təbrik ünvanlayıb.

Həmin təbriki olduğu kimi təqdim edirik:

"Zati-aliləri cənab Prezident, Ali baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri, Ulu Öndərimiz Heydər Əliyevin yadigarı və davamçısı İlham Heydər oğlu Əliyev!

Sizi doğum gününüz münasibətilə Qərbi Azərbaycan İcmasının Mığrı rayon İcması, qəhrəman nüvədililər, o cümlədən Musayevlər adından səmimi qəlbdən təbrik edir, sağlam və xoşbəxt həyat arzulayırıq.

Hər bir Nüvədilinin fəxr və qürur mənbəyisiniz. Qərbi Azərbaycandan 8 Avqust 1991-ci ildə ən son deportasiya olunmuş qəhrəman nüvədililərin arzusu odur ki, tezliklə Zəngəzur dəhlizi açılsın və Sizinlə Nüvədi kəndimizdə görüşsünlər. Allah Sizi qorusun. Yaxşı ki, varsınız, bizimləsiniz və bizdə Sizinləyik!

Böyük hörmətlə: Nüvədi kənd sakini Musayev Musa Həzi oğlu".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA