Türkiyədə 160 FETÖ-çü saxlanıldı - Açıqlama

img

17-12-2025 [09:09]


Türkiyənin 39 şəhərində son iki həftə ərzində FETÖ-yə qarşı əməliyyatlar keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə  Daxili işlər naziri Ali Yerlkaya məlumat açıqlayıb.

Nazir bildirib ki, Adana, Ankara, Antalya, Aydın, Bartın, Batman, Bilecik, Bursa, Çanakkale, Çorum, Denizli, Edirne, Erzurum, Eskişehir, Gaziantep, Gümüşhane, Hatay, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Nevşehir, Ordu, Sakarya, Sinop, Şırnak, Tekirdağ ve Tokatda baş tutuan əmliyyatla ümumilikdıə 160 şübhəli saxlanılıb: "Saxlanılan şübhəlilər təşkilatın şifrələnmiş rabitə proqramı "ByLock" istifadəçiləri olub. Onlar təşkilat üzvləri ilə taksofonlardan istifadə edərək ünsiyyət qurublar".

Nazir  əlavə edib ki, şübhəlilər FETÖ-nun Xarici İşlər Nazirliyi, ordu, təhsil, maliyyə və digər sahiləri üzrə aktiv rol alıblar: "İstintaq davam etdirilir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA