Nuri Şahin: "Bu, bizim üçün çox vacib bir qələbədir"

img

15-12-2025 [10:27]


Türkiyə Super Liqasının 16-cı turunda "Samsunspor"u səfərdə 2-0 hesabı ilə məğlub edən "Başakşehir"in baş məşqçisi Nuri Şahin oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu qələbəni çox vacib sayıb.

Nuri Şahin deyib ki, səfrdən 3 xalla dönmək mühim motivasiyadır: "Bu, bizim üçün çox vacib bir qələbədir, çox güclü rəqibə qarşı 3 xal qazanmaq əla hisss yaradır. Düşünürəm ki, matçın əvvəlindən sonuna qədər biz qələbəyə layiq idik. Çox yaxşı oynadıq. Meydanda həm topla, həm də topsuz olaraq planlaşdırdığımız hər şeyi əks etdirdik. Nəticədə, buradan dəyərli 2-0 hesablı qələbəylə ayrılırıq. Çox sevincliyəm"

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA