Serdal Adalı: "Mövsümün ikinci hissəsində "VAR"a xarici hakim istəyirik"

img

09-12-2025 [21:41]


Beşiktaş prezidenti Serdal Adalı, "Beşiktaş JK" - "Qaziantep FK" matçının baş hakimi Kadir Sağlam və VAR hakimi Halil Umut Melerin çıxışı ilə bağlı Rivada TFF rəsmiləri ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Serdal Adalı görüşdən sonra medyaya açıqlama verib.

Açıqlamada deyilir:

"Hakim çatışmazlığı ilə bizə gücləndiricilər lazımdır. Bunu iki-üç həftə əvvəl şəxsi söhbətlərimdə onlara demişdim. Bu gün də təkrarladım. Əlbəttə ki, meydanda yerli hakimlərimizdən istifadə etməyə davam etmək istərdik və onlara etibar edirik. Heç bir etimadsızlıq bildirməmişik, amma ikinci hissəyə xarici VAR hakimi ilə başlamaq istəyimizi bildirmişik. Onlarda çox fərqli düşünmürlər. İlk hissənin sonuna iki-üç oyun qalmış, bizim xeyrimizə səhv edilibmi? Mən bunu xatırlamıram. Onlar da bunu xatırlamırlar, amma təəssüf ki, bütün səhvlər Beşiktaşın əleyhinədir. Bu, tamamilə qəbuledilməzdir. Onlar bizim əsəblərimizlə oynayırlar."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA