ABŞ 8 min tələbənin vizasını ləğv edib - Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...
09-12-2025 [10:59]
Bu ilin yanvar ayından bəri, yəni, son 11 ayda ABŞ-da ümumilikdə 85 mindən çox viza ləğv edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi hesabat yayıb.
Hesabata əsasən, ləğv olunan vizalar içində tələbə vizaları da var: "8000-dən çox tələbənin də vizası müxtəlif səbəblərlə ləğv olunub".
Hesabatda qeyd olunub ki, bu, həm də prezident Donald Trampın ölkəyə "yararsız adamlar"ın girişini məhdudlaşdırmaq siyasətindən qaynaqlanır: "Son bir ildə viza ləğvlərinin təxminən yarısı sərxoş vəziyyətdə avtomobil idarə etmək, dava-dalaş və oğurluq kimi cinayətlərə görə olub. Hətta terrorizmə dəstək kimi səbəbdən viza ləğvi halları da az deyil"
Viza ləğvlərində ifadə azadlığı ilə bağlı narazılıqlara gəldikdə isə, departament buna şərh verməyib.
Ancaq xəbərdə deyilir ki, əksər tələbələrin vizaları sosial mediada özgür fikirli statuslar paylaşmaları, bəzilərinin isə Qəzza məsələsində İsraili ittiham etməsi səbəbindən ləğv olunub.
Yeri gəlmişkən, vizaları ləğv olunan tələbələr arasında azərbaycanlıların olub-olmaması bəlli deyil. Lakin görünən budur ki, bundan sonra ABŞ ünuniversitetlərinə qəbul olunan tələbələrin viza alması çox çətin olacaq. Hansı ki, belə əcaib halı İtaliya səfirliyi illərdir azərbaycanlı tələbələrə yaradıb. Təsəvvür edin ki, İtaliyanın ən köklü universitetinə qəbul olunan, bəzi hallarda təqaüd belə qazanan tələbələr mövcud viza tələblərinə artıqlaması ilə əməl etsələr də, İtaliyanın Bakıdakı səfirliyi (konsulluq) əksəriyyətinə rədd cavabı verir. Azərbaycanla üstün ticarət və dost əlaqəsi olmasına baxmayaraq, italyanların bu ögey münasibəti isə əlbəttə, araşdırılmalı mövzudur...
Onu da qeyd edək ki, ötən il Polşa XİN bir çox ölkələrdəki səfirliklərinin rüşvət müqabilində viza verməsi faktına görə xeyli diplomatı vəzifədən azad edib, üstəlik, onlara cinayət işi də açıb.
Lamiyə
MİA.AZ
Qənimət Zahidin qiyabi məhkəməsi: hakim qərar verdi
Zabitlərin hərbi xidmət müddəti: deputatlar azaldılmasına "hə" dedi
Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik olunub
"Daxili qoşunlar haqqında" qanun qəbul edilib
Aidə Hüseyn Ali Məhkəməyə hakimi təyin edilib - MM təsdiqlədi
Əli Əsədov yeni qərar imzalayıb
Vergi Məcəlləsinə dəyişikliklər olunub
AYNA-nın iki şirlkətə yazdığı cərimələr silinib - Məhkəmə tərəfindən
2026-cı ilin dövlət büdcəsi təsdiqləndi - Gəlir və xərclər
Sabunçuda yaşayış evində partlayış baş verib
ABŞ 8 min tələbənin vizasını ləğv edib - Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...
DİN-dən daha bir xəbərdarlıq: "Bank kartlarına kiber üsullarla müdaxilə halları var"
Meymunçiçək virusunun yeni bir ştammı ortaya çıxdı - Necə yayılır?
Üç bürcə "yaşıl işıq" yanacaq
Kəmaləddin Heydərov polkovnik-leytenantı vəzifəyə təyin edib
İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə belə reaksiya verdi: "İndi evə gəlmişəm..."
Məşhur müğənni imicini dəyişdi - FOTO
Azərbaycan nefti 66 dollara satılır
Abşeronda qəzada 3 nəfər ölüb - Cinayət işi açıldı
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir + FOTOLAR
"Liverpul"da baş məşqçi ilə hücumçu arasında gərginlik böyüyür - Salah heyətə daxil edilməyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalandı
Azərbaycan və Slovakiya prezidentləri görüşdü, mühüm mesajlar verildi - FOTOLAR (Yenilənib)
Prezident Bratislavada Devin qəsrində olub - FOTO
İsrail Qəzzanı yenidən vurub - Ölənlər var
Macarıstan Baş naziri: "Türklər bizim kimidir, bilirlər ki..."
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan