Şahin Mustafayev İran XİN başçısı ilə Bakıda görüşdü - Müzakirə + FOTO

img

08-12-2025 [18:01]


Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-İran dövlətlərarası münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib, xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub.

Bu kontekstdə cari ilin aprel ayında İran Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.

Görüş zamanı Azərbaycan-İran qarşılıqlı faydalı əməkdaşlığının gündəliyində duran aktual məsələlər, həmçinin ticarət-iqtisadi, nəqliyyat, enerji, su təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, o cümlədən regionun tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrin icrası ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA