Ceyhun Bayramov: "Hərbçilərimizin Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur"

img

08-12-2025 [14:02]


"Azərbaycan beynəlxalq stabilləlşdirici qüvvələr adı altında Qəzzaya dəvət olunub, yekun qərar yoxdur".

Mia.az xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov İran XİN başçısı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qəzzada baş verən proseslər ciddi narahatlıq doğurur: "Bu müstəvidə ABŞ tərəfindən elan edilən Sülh planını müsbət qarşıladıq. Daha sonra BMT-nin TŞ qətnamələri oldu və biz dəstəyimizi verdik. Azərbaycan nadir ölkələrdəndir ki, bütün ölkələrlə müsbət əlaqələri var və bizə inam var. Azərbaycan üçün bu məsələdə sual doğuran məsələlər var. Öz sorğularımızı müvaqif yerlərə ünvanladıq. Burada müxtəlif aspektlər var, mandat, başqa dövlətlər, ş və s. Tərəfimizdən qaldırılan suallara tam cavab yoxdur. Ona görə də Azərbaycan hərbçilərinin orada iştirakı ilə bağlı yekun qərar mövcud deyil"


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA