Emre Belözoğlu: "Təəssüf ki, Türkiyə futbolu bunun ağır nəticələri ilə yaşayır"

img

08-12-2025 [00:13]


Türkiyə Super Liqasının 15-ci turunda səfərdə "Kocaelispor"la 0-0 heç-heçə edən "Kasımpaşa" komandasının baş məşqçisi Emre Belözoğlu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər veir ki, o, bu oyuna məğlub olmamağın önəmli olduğunu deyib.

Belözoğlu "Kocaelispor"un baş məşqçi Selçuk İnanın komandasında böyük sistem formalaşdırdığını deyib: "Son həftələrin ən güclü komandası hesab etdiyim komandaya qarşı məğlub olmamaq bizim üçün vacid idi. Ki, biz bunu bacardıq. Liqanın ilk yarısının sonuna doğru qarşımızda çətin bir yol var".

Jurnlaitlərdən birinin  Super Liqanda baş verən tez-tez Baş məşqçi dəyişiklikləri barədə sualı da cavablandıran Belözoğlu bildirib ki, bu ölkədə işləmək asan deyil: "Məsələn, "Antalyaspor"da meydanda və meydandan kənarda əlimdən gələni etdim, lakin sonda istefa verməyə məxbur qaldım. Burada məşqçiliyin sadəcə bir oyun fəlsəfəsi qurmaqdan daha artıq işləri var Çətindir, əlbəttə".

Türk futbolunda mərc oyunlarına qatılan klub rəhbərləri, məşqçilər, hakim və futbolçulara gəldikdə isə Emre Belözoğlu onların həbsinı haqq qazandırıb: "Təəssüf ki, Türkiyə futbolu bunun ağır nəticələri ilə yaşayır. Hesab edirəm ki, mərc oyunları məsələsi prokurorluq və federasiya tərəfindən daha yaxından araşdırılmalı və araşdırılmalıdır".

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 07.12.2025

Sabah yağış yağacaq

13:52 06.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA