Caner Erkinə beş oyunluq cəza verilib

img

05-12-2025 [11:08]


Türkiyə Futbol Federasiyası tanınmış futbolçunu cəzalandırıb.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki,  Federasiya hazırda 1-ci liqa komandası "Sakaryaspor"da forma geyinən sol cinah müdafiəçisi Caner Erkinə beş oyunluq cəza verib.

Məlumata görə, buna səbəb Birinci Liqanın 15-ci turunda "Sakaryaspor" - "Ümraniyespor" matçının 52-ci dəqiqəsində Caner Erkinin qırmızı vərəqə alması olub. Federasiya onu beş oyunluq cəzalandırmaqla yanaşı, 67.000 TL cərimələyib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA