Putin Dehlidə belə qarşılandı - FOTOLAR

img

04-12-2025 [23:03]


Rusiya Prezidenti Vladimir Putin dörd illik aradan sonra bu gün Hindistana ikigünlük rəsmi səfəri ilə dünyanın diqqətini özünə çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Putinin təyyarəsi Dehliyə enərkən "FlightRadar24"də 20.000-dən çox insan tərəfindən canlı izlənilib. 

Məlumata görə, Yeni Dehlidə qırmızı xalça ilə qarşılanan Rusiya liderini təyyarə pilləkənlərində Hindistanın Baş naziri Narendra Modi şəxsən çox səmimi şəkildə qarşılayıb: "Rusiya liderini daşıyan təyyarə Hindistan Hərbi Hava Qüvvələrinin Palam Hava Bazasına enib. Onun gəlişi diplomatik nəzakətdən kənara çıxan bir nümayişlə yadda qaldı: Modi şəxsən Putini təyyarə pilləkənlərində qarşılayıb. O, Putini qucaqlayaraq ona səmimi münasibət göstərib".

Məlumata görə, iki ölkə lideri daha sonra Modinin xidməti maşınına əyləşərək dünya mediasına birlik mesajı veriblər.

Kreml sözçüsü Dmitri Peskov Modinin şəxsən belə qarşılanmasını protokolda olmadıını deyib: "Bu, bizim üçün də gözlənilməz bir jesti oldu. Əvvəlcədən xəbərimiz yox idi".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA