Aparıcı mətbuat katibi təyinatı xəbərini təkzib etdi: "Metropoliten"lə danışıqlar aparsaq da, maaş məsələsində sonradan..."

img

03-12-2025 [10:33]


Bir neçə ay əvvəl “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi təyin olunduğu xəbəri yayılan teleaparıcı Nərmin Salmanova xəbəri təkzib edib. O, bunu qurumun sonran maaş məsələsi ilə bağlı şərti dəyişməsi ilə əlaqələndirib.. 

Mia.az xəbər verir ki, aparıcı bu barədə feysbuk hesabında paylaşım edib.

Aparıcı bildirib ki, “Bakı Metropoliteni” tərəfindən vəd edilən şərtlər yerinə yetirilməyib: “Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu. Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı”. 

Qeyd edək ki, N. Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcıişləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA