MHP liderindən Bərzaninin avtomat silahlı cangüdənlərlə Türkiyədə olmasına qəzəbli reaksiya: "Rəzalətdir"

img

03-12-2025 [08:42]


İraqdakı Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzaninin bir neçə gün əvvəl Ərbil, Dohuk və Zakho valiləri ilə birlikdə Türkiyəmnin Şırnak valiliyi, Cizrə rayon valiliyi və Şırnak Universiteti tərəfindən təşkil edilən 4-cü Beynəlxalq Melaye Ciziri Simpoziumuna avtomat silahlı cangüdənləri ilə iştirak etməsi qardaş ölkədə böyük rezoans doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələyə Ərdoğanın lideri olduğu Cumhur İttifaqının üzvü olan MHP sədri Dövət Baxçalı tərəfindən çox sərrt reaksya verilib.

O, Bərzaninin avromat silahlı cangüdənlərlə (peşmərgə qüvvələri) tədbirə qatılmasını "Terrorsuz Türkiyə" prosesini pozmaq cəhdi olduğunu iddia edib: ""Terrorsuz Türkiyə" prosesin milli və tarixi bir məqsəddir. Bu prosesdə heç bir kompromis və ya tərəddüd yoxdur. Ox yaydan çıxdı, gəmilər yandırıldı. Təxribat axtaranlar ambisiyaları ilə birlikdə gömüləcək".

Daha sonra Bərzaninin Şırnak səfərinə avtomat slahlılarla gəlməsinə açıq mətnlə etiraz edən MHP lideri bunu rüsvayçılıq adlandırıb: ""Xarici geyimli əsgərlərin vətənimizdə uzunlüləli silahlarla gəzməsi sadəcə bir rəzalətdir".

Firudin Səfərli

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA