Kamran Əsədov ETN-nin "Həmkarlar"ına seçildi

img

01-12-2025 [12:23]


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsində sədr seçkisi keçirilib.

Məlumatına görə, tanınmış təhsil eksperti Kamran Əsədov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin yeni sədri seçilib.

Məlumatı saytımıza açıqlamasında Kamran Əsədovun özü də təsdiqləyib. O bildirib ki, yeni vəzifəyə noyabrın 27-də seçilib, noyabrın 28-dən isə fəaliyyətə başlayıb,

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinə 17 məktəb, 3 lisey, 1 gimnaziya, 1 kompleks, 1 mərkəz, 1 təhsil muzeyi, 1 peşə təhsil agentliyi, 1 internat, 1 peşə, 1 xüsusi əyani-qiyabi məktəbi və 27 uşaq bağçası və körpələr evi ilk həmkarlar ittifaqı komitələri olmaqla ümumilikdə 55 üzv təşkilat daxildir.

Qeyd edək ki, Kamran Əsədov həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışır(modern).

Yeri gəlmişkən, Kamran Əsədov son bir aya qədər  Elm və təhsil naziri Emiin Əmrullayevi "topa tutan" ekspertərdən biri olub. İndi onun bu vəzifəyə seçilməsinə "yaşıl işıq" yandırılması maraqlı hadisə sayıla bilər.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:10 01.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA