"Turan -Tovuz" - "Neftçi" oyunu qolsuz bitdi - VİDEO
28-11-2025 [20:07]
Misli Premyer liqasının 13-cü turunun ən intriqalı oyunu hazırda Tovuz rayonunda keçirilib.
Mia.az xəbər verir ki, rayonun "Turan-Tovuz" Futbol Klubu (FK) "Neftçi" FK-nı qəbul edib.
Həmişəki kimi rayon klubunun ev oyunu böyük hərarət və coşğu ilə müşayiət olunub.
Yeri gəlmişkən, stadion təzəlikcə yenilənib və süni ot örtüyü təbii ot örtüyü ilə əvəz edilib.
Oyun hər iki tərəfin pressinqi ilə keçir. Hazırda rayonda güclü duman var, stadion ağ örtüyə bürünüb. Qeyri-adi hava şəraiti oyunun tempinə heç təsir etmir.
Bu qarşılaşma hər iki komanda üçün prinsipial əhəmiyyətə malikdi. "Turan"ın turnir cədvəlində ləyaqətli ikinci yeri var, bu qələbə onu birinciliyə yüksəldir. "Neftçi"də isə sonuncu məğlubiyyətin psixoloji izləri qalıb, baş məşqçi təzəlikcə gedib, bu oyun komanda üçün həm geridönüş, həm də özünütəsdiq ola bilər. Hər iki komandanın qələbəyə ehtiyacı var, hər ikisi var gücüylə döyüşür və zənnimcə, bu ikilinin intriqasından hazırda stadionu yüksək hərarətə kökləyən azarkeşlər qazanır.
Yeri gəlmişkən, "Neftçi"ni bu oyun üçün müvəqqəti olaraq baş məşqçi təyin edilən Sənan Qurbanov hazırlayıb. S.Qurbanov illərlə "Neftçi"də məşqçi vəzifələrində çalışıb və bundan əvvəlki baş məşqçi Samir Abasov gələndə onu öz ətrafından uzaqlaşdırmışdı. Qurban Qurbanov sadəcə klubda koordinator kimi fəaliyyət göstərirdi. Belə demək olar ki, bu oyun həm də Qurbanovun vizit kartı olacaq. Təbii ki, əgər "Neftçi"nin sahibləri başqa baş məşqçi axtarışında deyilsə.
Maraqlıdı ki, Tovuz klubu Premyer liqada "Neftçi" ilə 13 dəfə üz-üzə gəlib. Bu oyunlarda rəqibin qapısından 11 top keçirib.
O da diqqətimizi çəkdi ki, Sənan Qurbanov bu oyunda kapitanlıq sarğısını qapıçı Kenan Piriçin qoluna bağlayıb. Emin Mahmudovun həm də əsas heyətdə olmaması onu düşünməyə əsas verir ki, Qurbanov postunda qalsa, komandanı prinsipial dəyişiklər gözləyir. Görünür, S.Abasov kimi, S.Qurbanov da zənn edir ki, "Neftçi"nin əsas problemi qruplaşma və nüfuz dartışmasıdı və bunun mərkəzində Mahmudov dayanır. Yalnış anlaşılmasın, mən də bu fikrin həqiqət olduğu düşüncəsindən imtina etmirəm. E.Mahmudov sakit təbiətinə rəğmən, intriqalı atmosferlərə rahatlıqla uyğunlaşan futbolçudu.
Hələlik, ikinci hissə davam edir. "Neftçi"nin qapısı 2 qol görsə də, hakim qolları qeydə almayıb.
Tovuz klubunda güclü müdafiənin təsiri hiss olunur.
Oyun 0-0 hesabı ilə başa çatıb.
Zülfiyyə Mustafayeva
Mia.az
Rusiyada "WhatsApp" tədricən bloklanır
"Turan -Tovuz" - "Neftçi" oyunu qolsuz bitdi - VİDEO
Prokurorluq orqanlarına imtahanın nəticələri açıqlanıb
ERMƏNİSTAN RƏSMİLƏRİ QƏBƏLƏDƏ: Şahin Mustafayevlə görüş oldu - Nələr razılaşdırıldı? (FOTOLAR)
Kino operatoru özünü dənizə atdı - Meyiti axtarılır (FOTO)
Deputatar bu tarixlərdə iclas keçirəcək - 6 məsələ müzakirə olunacaq
Anar Əsədliyə 4 epizod üzrə ittiham aktı elan edib - Keçmiş partiya sədrinin məhkəməsi başlayıb
“Space TV”də qalmaqal - VİDEO
Dekabr ayına olan hava proqnozu açıqlanıb
Azərbaycan liqasında çıxış edən 3 qardaşdan biri: "Bizim aramızda yalnız bir söhbət gedir ki..." - VİDEO
Bu gün vəkil olmaq istəyənlər imtahan verdi (Yenilənib)
Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub - Qardaşın bacısı ilə sövdələşməsinə görə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İran DÇ-2026-nın püşkatmasına qatılmayacaq - ABŞ viza vermədi
Bakcell-lə 8-ci lüks avtomobil öz sahibini tapıb
Rəşad Sadıqov: "Biz 5 əvəzləmə etdik və..." - VİDEO
"Kəpəz" - "Zirə" oyununda hakim söyüldü, oyundan sonra isə dava düşdü - (VİDEOLAR, Yenilənib)
İsrail hərbçiləri təslim olan iki fələstinini güllələyib - FOTO
İsrail Cenindəki Qaçqın Düşərgəsində daha 24 evi söküb
Prezident İlham Əliyev: "Xəbər bizi olduqca sarsıtdı"
Prezident yeni qanunu təsdiqlədi - Avtomobil nəqliyyatı ilə bağlı...
Taylandda təbii fəlakət: ölənlərin sayı 145-ə çatıb
Bakıda bu məktəb söküləcək
Millimizin oyunu təxirə salındı - Hava şəraitinə görə
SAVAŞ AN MƏSƏLƏSİDİR: Amerika Maduronu Türkiyəyə sürgünə yollayacaq? - Məşhur qəzetdən sensasion təhlil
"Rusiya dəhşətli yeni bir presedent yaradacaq və..." - ABŞ-ın Azərbaycandakı sabiq səfirindən açıqlamalar
Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub
Onkologiya sahəsini monopoliyaya alan deputata bağlı şirkət: 11 ayda 103 milyon pul və... - Şok iddialar
Cümşüd Nuriyev: "Bu, Tahir Kərimli ilə mənim aramda olan mövzudur"
Qulu Məhərrəmli "Şirməmməd Hüseynov mükafatı"nın qalibi olub
Bələdiyyə sədri deputatla atasını məhkəməyə verdi
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçirilib - MN-dən açıqlama
AĞDAMA DAHA 48 NƏFƏR KÖÇÜRÜLDÜ
1-ci sinif şagirdi məktəbdə ölüb
Sabah yağış yağacaq
Ukrayna Prezidenti Ofisinin rəhbərinin evində axtarış aparılıb
Rusiya prezidentindən Vitkovla Uşakovun mediaya sızıdrılan danşıqlarına qəzəbli reakisya: "Bu, cinayətdir, Lavrova gəldikdə isə..."
İlham Əliyev Albaniya prezidentinə məktub göndərib - MƏTN