İran DÇ-2026-nın püşkatmasına qatılmayacaq - ABŞ viza vermədi

img

28-11-2025 [16:49]


İran Futbol Federasiyası Dünya Çempionatının final püşkatmasında iştirak etməyəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb.

Federasiya sözçüsü  Əmir Mehdi Ələvi dövlət televiziyasına verdiyi açıqlamada bildirilib ki, buna səbəb ABŞ-ın hərəkəti olub: "ABŞ bizim nümayəndə heyətinin bəzi üzvlərinə viza verməyib. Biz də bu səbəbdən heyət olaraq tam şəkildə  gələn həftə Vaşinqtonda keçiriləcək DÇ-2026-nın final püşkatmasına qatılmaqdan imtina etdik".

Federasiya sözçüsü əlavə edib k, bu barədə FİFA məlumatlandırılıb: "Onları bu qərarın idmanla əlaqəli olmadığı barədə bilgiləndirdik. FİFA-nın cavabı da o ldu ki, onlar bu prosesi nəzərdə saxlayacaqlar"

Xatırladaq ki, ABŞ 2026-cı il DÇ-yə Kanada və Meksika ilə birgə ev sahibliyi edəcək.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 28.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA