ABŞ-la Venesuela müharibənin astanasında - Prezident döyüş təyyarələrinə "hazır olun" əmrini verdi

img

28-11-2025 [00:05]


Venesuela Prezidenti Nikolas Maduro ölkənin Hərbi Hava Qüvvələrinə ABŞ-ın gözlənilən potensial hücumuna qarşı "hazır olun" əmri verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə paytaxt Karakasda keçirilən Bolivar Hərbi Aviasiyasının 105-ci ildönümü mərasimlərindəki çıxışında söz açıb.

Maduro bildirib ki, o, Hərbi Hava Qüvvələrinə Venesuelaya mümkün hücum ehtimalına qarşı "ayıq və vəzifəyə hazır olun" əmrini verib: "Təxminən 17 həftədir müxtəlif təhdidlərə məruz qalmışıq. İmperialist xarici güclər nə ABŞ ictimaiyyətinin, nə dünya ictimaiyyətinin, nə də güclü Venesuela ictimaiyyətinin inanmadığı yalan və şişirdilmiş əsaslandırmalarla Karib dənizində, Cənubi Amerika və Venesueladan sülhü təhdid edir. Lakin ölkənin şərəf və müstəqilliyindən əsla boşluq buraxmadan yolumuzla davam edirik. Bu gün Venesuelada xalqımızı qorxudan heç bir təhdid və ya təcavüz yoxdur. Bu xalq  vətənini, torpaqlarını, dənizlərini, səmalarını və tarixini müdafiə etməyə hazırdır".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA