“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirildi
27-11-2025 [18:12]
25 noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Qadın Dəstək Xətti”nin ispan dilində hazırlanmış təlimatının təqdimatı baş tutub.
Mia.az xəbər verir ki, təşəbbüs “Azercell Telekom” MMC, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də diplomatik korpus və beynəlxalq qurumların nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıblar.
Təqdimatda çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb: “Dəstək Xətti qadınların sosial rifahının artırılmasına, çətin vəziyyətdə olan qadınlara operativ dəstəyin göstərilməsinə xidmət edən mühüm sosial layihədir. Məqsədimiz bu an, bu dəqiqə yardıma ehtiyacı olan qadınlara təxirəsalınmaz və peşəkar dəstəyin təmin edilməsidir. Təlimatın ispan dilində nəşri xidmətin əlçatanlığını artıraraq daha geniş auditoriyaya çıxış imkanı yaradır və layihənin təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.”
Daha sonra Şirin Əliyeva qonaqları Azercell-in Qadınlara qarşı Zorakılıqla Mübarizə Gününə həsr olunmuş “Oflayn Qadınlar” (https://www.youtube.com/watch?v=waahCx8YfXE) sosial videoçarxını birlikdə izləməyə dəvət edib.
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero təmsil etdiyi ölkənin gender bərabərliyini təşviq edən çoxsaylı təşəbbüslərini qeyd edərək bu istiqamətdə milli və beynəlxalq səviyyədə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Səfir Viktoriya Romero sözügedən sahədə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu təlimat dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb. Məqsədimiz qadınların gücləndirilməsi, onların hüquqlarının qorunması və gender bərabərliyinin təşviq edilməsidir.”
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova isə öz növbəsində “Qadın Dəstək Xətti”nin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumatı təqdim edib.
Qeyd edək ki, “Qadın Dəstək Xətti” 2022-ci ildən etibarən “Azercell Telekom” MMC-in təşəbbüsü və tərəfdaşlığı ilə fəaliyyət göstərərək bugünədək 11.300-dən artıq qadına dəstək olub. Dəstək Xətti “Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur. Xidmətin əsas məqsədi qadınlara operativ və kompleks psixososial yardım göstərmək, onların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Bu məqsədlə QDX icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
.jpg)
.jpg)
.jpg)
.jpg)


Ukraynanın müdafiə naziri Brüsseldə NATO Baş katibi ilə görüşəcək
“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirildi
İordan çayının Qərb sahilində gərginlik - Bir nəfər güllələnib
"Fənərbağça"lı iki oyunçu eyni komandaya gedir
Nadir köpəkbalığı növü sahilə "vurdu", camaat doğrayıb ətini daşıdı - Üç dəqiqə içində (FOTTO)
Köpəkbalığı qadın parçalayıb - Avstraliyada
Yeni icra başçısı tələbələrlə görüşüb
BMT-dən hesabat: "Bu ölkədə 21 milyondan çox insan aclıq çəkir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İstanbula güclü yağış yağacaq - Xəbərdarlıq
İndoneziyada təbii fəlakət: 61 nəfər ölüb
İki məşhur hospitalla bağlı ağır ittiham var
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb
PLASTİK CƏRRAHLARLA BAĞLI YENİ QƏRAR VERİLDİ - Nələr olacaq?
ARB 24-ün fəaliyyətə başlamasının 7 ili tamam olur
Mikayıl Cabbarov federasiya prezidenti seçildi
Hakan Fidan Almaniyaya gedir
Xəzər TV: "2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb"
“Xəzər TV”də veriliş Almaxanıma görə yarımçıq saxlanılıb? - Müğənninin atası danışdı
Abşeronda silsilə oğuurluq edən şəxs tutulub
Papa Türkiyəyə gəlib - 70-dən çox jurnalistlə (FOTOLAR)
Azərbaycanla İordaniya arasında yeni sənədlər imzalanıb
Rayonlara yağış yağacaq - Sabahın hava proqnozu
Prezident Qaradağda - İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında + FOTOLAR
İstanbulda 175 kq-dan çox kokain "ələ keşirilib"
Kino Agentliyi deputat Hikmət Babaoğluna 4000 manat ödəyib
Bakıda küçədən iki nəfərin meyiti tapıldı
İsrail Qəzzanı bombalayıb
Ali Məhkəmədə hakimlərlə vəkillər arasında görüş olub - FOTO
CHP sədri Kamal Kılıçdaroğluna cavab verdi: "İmamoğlunun üzərinə heç vaxt beton tökməyəcəyik"
Astarada əməliyyat: 43 yaşlı şəxs 62 kq narkotiklə saxlanılıb
“TikTok”da əxlaqsız videolar yayan şəxs tutuldu
Böyükxanım Talıbova kimdir? - Mehriban Xanlarova yazır
Hikmət Hacıyev İran XİN müavini ilə görüşüb
ÇL: "Qalatasaray"ın rəqibi son dəqiqədə "yıxıldı"