Nihat Kahvecidən qəzəbli mesaj: "Onun bir bəhanəsi ola bilər, amma..."

img

26-11-2025 [11:51]


"Qalatasaray"ın ötən gecə doğma meydanında "Union SG"yə 1-0 uduzması məşhur şərhçi, keçmiş futbolçu Nihat Kahvecini qəzəbləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nihat Kahveci əsasən komandanın ulduz furtbolçularını  "topa tutub".

O, komandanın Belçka komandasına qarşı ənənəvi oyununu oynaya bilməməsində başda İlkay Gündoğandan tutmuş bəzi futbolçulara qədər günahkar olduğunu deyib: "İlkay bəlkə də karyerasının ən pis oyunlarından birini oynadı. Topu bu qədər çox itirdiyi bir matçı xatırlamıram. Onun bir bəhanəsi ola bilər, amma performansı çox zəif idi..."

Kahveci zədəli Osimhenin oyundakı yoxluğunun "Qalatasaray" üçün necə fərq yaratmasına da diqqəti çəkib: "Baxın, nigeriyalı ulduzun yoxluğu necə oyunun gedişatını dəyişdirir. Osimhen sadəcə bir futbolçu deyil. O, "Qalatasaray"ın oyun tərzinin yarısıdır. İkardinin fərqli bir profili var. O, Osimhen kimi öz mövqelərini yaradan biri deyil. Əgər Osimhen bu oyunda olsaydı, çox fərqli bir matç olacaqdı...".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA