Günay Zamanlı UEFA-nın tədbirinə qatılıb

img

25-11-2025 [11:45]


AFFA-nın Hüquq şöbəsinin rəhbəri və UEFA-nın Hüquq Komitəsinin üzvü Günay Zamanlı qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən baş qərargahında keçirilən Hüquq Komitəsinin növbəti iclasında iştirak edib.

Mia.az xəbər verir ki, iclasda UEFA-nın müvafiq normativ hüquqi sənədlərinə təklif edilən dəyişikliklər nəzərdən keçirilib, Avropa Ədalət Məhkəməsinin son qərarları və davam edən hüquqi proseslərin gedişatı müzakirə edilib.

Bununla yanaşı, İdman Arbitraj Məhkəməsinin (CAS) icraatında olan işlər üzrə yeniliklər, Hüquq Komitəsinin əvvəlki iclasından irəli gələn fəaliyyət planının icra vəziyyəti və digər təşkilati məsələlər gündəliyə daxil olunub.

İclas zamanı Avropa futbolunun hüquqi mühitində müşahidə olunan dəyişikliklər, tətbiq perspektivləri və mövcud tendensiyalar üzrə geniş müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA