ABŞ Ukrayna ilə Sülh Planına dəyişiklik edib: "Hələ çox iş görülməlidir"

img

23-11-2025 [22:50]


ABŞ dövlət katibi Marko Rubio Cenevrədə Ukrayna ilə danışıqlardan sonra Birləşmiş Ştatların sülh planında dəyişikliklər etdiyini açıqlayıb.

"Sky News" xəbər verir ki, danışıqlardan sonra Rubio mətbuata açıqlamasında bugünkü görüşlərin onun üçün ən məhsuldar və ən səmərəli olduğunu bildirib.

O, Vaşinqton komandasının sülh planında bəzi dəyişikliklər etdiyini aydınlaşdıraraq, hələ çox iş görülməli olduğunu əlavə edib. Həmçinin əlavə məlumatların daha sonra təqdim edilə biləcəyini açıqlayıb.

Dövlət katibi bildirib ki, bütün maraqlı tərəflərin fikirlərinə əsaslanan, yaxşı məhsul var və bu məqamların bəziləri maddə-maddə həll edə biliblər: "Düşünürəm ki, yaxşı irəliləyiş əldə etmişik".

Rubio ABŞ və Ukrayna komandalarının artıq öz otaqlarına çəkildiyini, Amerika komandasının qarşısınıza qoyulmuş bəzi təkliflər üzərində işlədiyini açıqlayıb.

"Biz onlar üzərində işləyirik, fikir ayrılıqlarını daha da azaltmaq və həm Ukrayna, həm də təbii ki, ABŞ üçün məqbul olacaq bir şeyə doğru irəliləmək ümidi ilə bəzi düzəlişlər edirik", - Rubio deyib(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:51 22.11.2025

Əhməd Oruc vəfat edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA