Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)

img

13-11-2025 [22:23]


Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri yoxa çıxan təyyarədən xəbər verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir Naziri İbrahim Yumaklı təyyarənin qəzaya uğradığını, pilotun isə şəhid olduğunu bildirib: ""Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşəçilik Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapıldı. Bu faciəli qəzada şəhid olan pilotumuza Allahdan rəhmət diləyirəm, ailəsinə və yaxınlarına başsağlığı verirəm..."

***

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə məxsus olan təyyarə Xorvatiyada yoxa çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Xorvatiyada baş verən yanğının söndürülməsinə dəstək üçün göndərilən iki yanğınsöndürmə təyyarəsindən biri ilə rabitə kəsilib.

Məlumata görə, Xorvatiyann müvafiq qurumları ilə birgə axtarışa başlanılıb.

Türkiyə mediası yazır ki, bu gün Bakı vaxtı ilə saat 18:38-də Zaqreb Hava Limanına  havalanan təyyarələrdən biri ilə saat 19:25-də əlaqə tam kəsilib: "İtkin düşmüş təyyarə və pilotla əlaqəni bərpa etmək üçün Xorvatiya bölmələri ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA