"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi

img

13-11-2025 [14:41]


"Premium Bank" ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov vəzifədən ayrılıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Mahir Nəcəfov icra edir. O, bu ilin yanvar ayına qədər "Premium Bank"ın sədri, K.Lətifov isə sədr müavini olub. Yanvarda onların yerləri dəyişdirilib.

Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Way Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154.601 milyon manatdır. Bankın səhmdarları 84.46% payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15.22% payla "VIP Aviation Services" MMC və 0.32% payla Elvira Əhmədovadır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA