Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO

img

10-11-2025 [22:25]


Üç gün əvvəl Vətən müharibəsindəki zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda dövlətin müxtəlif qurumlarını təmsil edən rəhbər şəxslər də iştirak ediblər.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Azadlıq Meydanında baş tutan paradı izləyənlər arasında yüksək rütbəli zabitlər də yer alıblar.

Onların sırasında Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi, general-mayor Fərid Əsgərov və onun sələfi, general-polkovnik Bəylər Əyyubov da olub. Generallar möhtəşəm tədbiri birlikdə izləyiblər. Onların birgə fotosu maraq doğurub. Fərid Əsgərov həm də ilk dəfə general formasında ictimaiyyət qarşısında görünüb.

Qeyd edək ki, bu ilin iyun ayında B.Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Prezidentin Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə F.Əsgərov gətirilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:34 10.11.2025

Ət ucuzlaşıb? - VİDEO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA