Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
08-11-2025 [16:37]
Vəzifədən çıxarılan məktəb direktoru məhkəməyə müraciət edərək işinə bərpa olunmasını istəyib.
Mia.az Teleqarfa.com-a istinadla xəbər verir ki, Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbin direktoru olmuş Gültəkin Quliyeva məhkəməyə müraciət edərək, işə bərpa edilməsini və işsiz qaldığı dövr üçün əməkhaqqının ödənilməsini tələb edib.
İddiaçı bildirib ki, o, 2019-cu ildə M.Hüseynzadə adına 3 saylı məktəbə direktor təyin edilib. Bundan əvvəl isə 2013–2019-cu illərdə Mingəçevir şəhər 19 saylı məktəbin direktoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, hər iki məktəbdə tədrisin keyfiyyətinin yüksəlməsinə nail olub.
Gültəkin Quliyeva qeyd edib ki, dünya görüşünə və rəhbərlik təcrübəsinə görə 2024-cü ildən seçki məntəqəsi sədrliyinə cəlb edilib. Seçki məntəqəsi sədri kimi fəaliyyət göstərdiyi müddətdə əmək qanunvericiliyinə əsasən onun iş yeri və əməkhaqqısı saxlanılmalı olduğu halda direktor vəzifəsindən azad edilib.
İddiaçı bunu qanunsuz hesab edərək Elm və Təhsil Nazirliyinin tabeliyində olan Mərkəzi Regional Təhsil İdarəsinin işdən çıxarılma barədə əmrin ləğvini, əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işsizlik dövrünə görə əməkhaqqının ödənilməsini tələb edib.
Təhsil idarəsi isə direktorun pensiya yaşına çatmasını əsas gətirərək, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə işdən azad edib.
Yevlax Rayon Məhkəməsi Gültəkin Quliyevanın iddiasını təmin etməyib.
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
Türkiyə futbolunda qumar: 37 şübhəli məhkəməyə sövq edldi
"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb
Antaliyada ard-arda zəlzələ - Professordan xəbərdarlıq
Türkiyədə daha bir zəlzələ olub - 4.9 bal gücündə
Venesuela 400 mindən çox canlı qüvvəylə ABŞ-ın hücumuna hazırlaşır - Daha 5600 yeni əsgər and içdi
NAZİRLƏR BİR ARADA: "Biz də İlham Əliyevi İranda səbirsizliklə gözləyirik" - "3+3" formatı regionda sülh üçün mühüm rol oynayır"
Zelenski planı necə oxumaya bilər? - Elxan ŞAHİNOĞLU YAZIR
Ceyhun Bayramov İran XİN başçısı ilə görüşüb - Açıqlama + FOTO
Sabah hava necə olacaq? - Açıqlama
"İndi həmin binanın birinci mərtəbəsi restorandır..." - Yazıçı Anar Zərdabinin heykəlinin yerinin dəyşilməsini istəyir
Prezident baş icraçı direktoru qəbul edib
Bərdədə 4 nəfər qidadan zəhərlənib
İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTO
Bakıda yeniyetmələr tutulub
İstanbulda atışma: bir polis güllələnib, kriminal şəxs öldürülüb, saxlanılanlar var
Ramiz Mehdiyevin qızı kafedra müdiri vəzifəsindən azad olunub
Ağdamda insan sümükləri tapılıb
Luvr Muzeyində su sızması - Yüzlərlə tarixi əsər zədələnib
Milli Məclisdə konfrans keçirilir
Tramp Zelenskidən inciyib, iki ölkə ilə danışıqlara başlayıb
İki gün maqnit qasırğası olacaq - Xəbərdarlıq
Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır
Bir qrup ziyalı sabiq nazirin qızını məhkəməyə verir
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İordan çayının Qərb sahilində gərginlik böyüyür - Həbslər var
"Baş cərrah"ın arzuları - Əli CABBAROV YAZIR
Qəzzada atəşkəs yenə pozulub - Ölən və yaralananlar var