“Qərbi Azərbaycana qayıdış” mövzusu QHT-lərin gündəmindədir - Tədbir + FOTO
07-11-2025 [22:55]
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə təşkil edilib.
Mia.az xəbər verir ki, toplantıda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı proqram xarakterli çıxışının Azərbaycan QHT-ləri qarşısında yeni çağırışlar və vəzifələr qoyduğuna dair müzakirələr aparılıb.
Toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov bildirib ki, post-münaqişə dövründə də Ermənistandakı bəzi qüvvələrin, o cümlədən erməni diasporunun Azərbaycan tarixini saxtalaşdırmaq cəhdlərini davam etdirməsi müşahidə edilir: “Bu riyakarlıq bizdən daha ayıq-sayıq olmağı, arxayınlaşmamağı tələb edir. Azərbaycan QHT-ləri Qərbi Azərbaycan istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Azərbaycanlıların indiki Ermənistana sülh şəraitində dinc yolla qayıdışı təməl insan hüquqları məsələsidir. Prezident İlham Əliyev vurğuladığı kimi, bu, Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Sirr deyil ki, Azərbaycan mədəniyyətinin coğrafiyası xeyli genişdir, lakin heç zaman azərbaycanlılar separatçılıqla məşğul olmayıb, əksinə, yaşadıqları ölkələrin tərəqqisinə böyük töhfələr verib”.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəldiyini açıqlayıb: “Əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıblar. Son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritet istiqamətdir. Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli qeyd edib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyev milli toponimlərlə əlaqədar məsələnin üzərində xüsusi dayanıb: “Bu yaxınlarda XVIII əsrdə yaşamış türkman əsilli müəllif Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti təsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib. Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiq edilir. Toponimlər sırf azərbaycan dilindədir. Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu gün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğun olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır”.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov son 2 ildə Qərbi Azərbaycan istiqaməti üzrə 2 kartoqrafik əsər hazırladıqlarını bildirib: “Bu yaxınlarda azərbaycan və ingilis dillərində buraxdığımız “Zəngəzur dəhlizi” xəritəsinə böyük təlabat hiss edirik. Bu xəritə Ermənistan mediasında da yayıldı. Milli toponimlərimiz bu əsərlərdə mütləq verilir, tarixi həqiqəti inkar etmək olmaz”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, milli kimliyimizin əsas göstəricilərindən biri azərbaycan dilidir: “AMEA-dakı nitqində Prezident İlham Əliyev ana dilimizin saflığının, təmizliyinin qorunması məsələsini bir daha qaldırdı. Azərbaycan dilində əzəli bir kəlmənin dəyişdirilməsini ya səhv, ya da təxribat kimi dəyərləndirdi, bu istiqamətdə bütün ictimai fəalları, ictimaiyyəti bir nöqtəyə vurmağa çağırdı. Əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də ilk növbədə dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu - dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaş borcu, həm də strateji məsuliyyətdir”.
Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi icra etdiklərini xatırladıb və Qərbi Azərbaycanla bağlı materialların da təhlil olunduğunu vurğulayıb. O, QHT-ləri Azərbaycan ədəbi dilinin qaydalarına ciddi riayət etməyə çağırıb: “Təəssüflər olsun ki, müxtəlif dövrlərdə dövlət qeydiyyatına alınmış bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə, hətta ifadə, işarə səhvlərinə yol verilib, təşkilatların bir çoxunun adları bir-birinə bənzəyir, onları fərqləndirmək bəzən çətin olur. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin. Bu da ana dilinin qorunmasına özünəməxsus töhfə, həm də yaxşı nümunə olar”.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə bu il xaricdə yaşayan azərbaycanlılar üçün internet vasitəsilə ana dili kursları təşkil etdiklərini, Azərbaycan ədəbi dilinin öyrədilməsinə böyük ehtiyac olduğunu bildirib.
"Çapar-Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd Qərbi Azərbaycan mövzusunu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi ətraflı şərh edib.
Müzakirələrdə Prezident İlham Əliyevin AMEA-dakı nitqindən müvafiq çıxarışlar da səsləndirilib. Bundan irəli gələrək, "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin sədri Pənah Musayev kibertəhlükəsizlik, "Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Ceyhun Xəlilov süni intellekt, Davamlı İnkişaf və İnklüzivlik İctimai Birliyinin sədri Sabit Bağırov iqtisadi məsələlər barədə də fikirlərini bölüşüb.
İctimai müzakirələrdə QHT-lər “Qərbi Azərbaycana qayıdış” mövzusunun müxtəlif aspektləri barəsində diskussiyalar aparıb. Bu istiqamətdə müzakirələrin bölgələrdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Zülfiyyə Mustafayeva
Mia.az
Kurban Berdiyevin 50-ci oyunu və ilk "istefa" şüarı - Tovuzlular qəzəbləndi + VİDEO
Leyla Əliyeva Lənkəranda - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Bakının Nizami rayonunda quldurluq edən şəxs Tərtərdə tutulub
GENERAL RƏİS TƏYİN OLUNDU - Nazirlikdə növbəti dəyişiklik
"Azərişıq"ın əməkdaşı iş başında ölüb
Şahbuz rayonunun Kükü kəndinə mövsümün ilk qarı yağıb - FOTOLAR
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir
Sabiq nazir: "Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır" - "Oğlum vəzifəyə təyin olunanda..." (MÜSAHİBƏ)
Rəşad Nəbiyev ABŞ-da "Meta" rəsmisi ilə müzakirə aparıb - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Bakıda "16-cı NATO günləri" keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇİN ordusu hərəkətləndi - Rəsmi Pekin qonşu ölkəyə xəbərdarlıq etdi
Qara dənizlə Aralıq dənizində zəlzələlər oldu
Salyanda yeni çəkilmiş yol çöküb - VİDEO
606 nəfər hərbçi təmirli mənzillərlə təmin olunacaq
Nəriman Axundzadənin atası danışdı: "Bəzən ona göndərməyə pulum olmayıb, onun adamı Allahdır" - “Oğlumu tənqid eləməyə bir söz demirəm, ancaq..."
"Avroviziya"ın qalibi mükafatını geri qaytaracaq - Etiraz böyüyür
Yaponiyada zəlzələ oldu - 6,7 bal gücündə
Kamran Əsədova cinayət işi açılıb - Şok ittiham var
Prokurorluğa işə qəbulla bağlı müsabiqəyə yekun vurulub
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının kollektivi Ulu Öndərin xatirəsini yad edib - FOTO
Ayın 13-dən güclü külək əsəcək - Xəbərdarlıq
Yeni sədr: "İki hakim səhv qərar verib" - VİDEO
“Bank BTB”, “Yelo Bank”, “Unibank”... - Ramiz Mehdiyevlə Vahid Ələkbərovun bankları qırmızı çizgidə + CƏDVƏL
Futbol şərhçisi sərbəst buraxıldı - Mərc oyunları qalmaqalı
"Qalatasaray" prezidentindən İkardi haqda açıqlama: "Kim bizi vəfasızlıqda ittiham edə bilər"
“Bravo” 17 qəpiyə görə 4 min manat cərimələndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək - Xəbərdarlıq
"Yuventus" müdafiəsini gücləndirmək istəyir
MSK-nın tərkibi dəyişməyəcək
Ədliyyə Nazirliyi bələdiyyə sədrinin müavini ilə sövdələşib
Partiya sədri: “Rafaellə uzun illərdir dostuq, bu məsələ bağlansın”
"Uzaq Şəhər"in "Pakizə"si cəsur pozada - FOTOLAR
"Qalatasaray" nigeriyalı oyunçu ilə anlaşıb
İcra başçısının müavini ilə dalaşan şəxs həbs olunub
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Ərdoğanla Putin görüşdü - Türkmənistanda
DTX rəisi və əməkdaşları Fəxri xiyabanda - VİDEO
İsrail Livanı bombalayıb - ""Hizbullah"ın mövqelərini vruruq"
Aparıcının telefonunda Baş redaktorun narkotik qəbul etməsini təsdiqləyən görüntü var? - Açıqlama
Mərkəzi Bankdan 500 manatlıq əsginasla bağlı - Açıqlama