ABŞ-nin NATO-dakı səfiri Kiyevə səfəri zamanı müharibənin dayandırılmasına çağırıb

img

04-11-2025 [10:25]


ABŞ-nin NATO-dakı səfiri Mettyu Uitaker Ukraynaya ilk rəsmi səfəri zamanı müharibənin mümkün qədər tez dayandırılmasının vacibliyini bəyan edib.

Diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü bildirib:

"Ukrayna lideri Volodimir Zelenskini yenidən görməyə şadam - bu dəfə Kiyevdə. Mən bu müharibənin başa çatmalı olduğunu qeyd etdim. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın səyləri sayəsində əldə ediləcək sülhün yeganə mümkün yol olduğunu bildirdim".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA