Luvr muzeyindəki 102 milyonluq soyğun - "Yerli, kasıb bölgənin oğruları törədib"

img

03-11-2025 [09:55]


Oktyabrın 19-da Parisdə dünyanın ən məşhur Luvr Muzeyindən 102 milyon dollar dəyərində tarixi zinət əşyalarının oğurlanması faktı dünyanın marağını cəlb edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oğrular 3-cü Napaleonun arvadına məxsus tac daxil 9 qiymətliəşyanı aparıblar. Lakin qaçarkən Napaleonun arvadına məxsus tac düşərkə qırılıb, digərləri isə oğurlanıb.

Məlumata görə, o vaxtdan oğurluğun peşəkar dsəət tərəfindəbn həyata keçirildiyi iddia olunsa da, Paris Prokurorluğu bunu təkzib edir.

Prokurorluq bugünki açıqlamasında Luvr Muzeyindən 102 milyon dollar dəyərindəki oğurluğun "kiçik oğrular" tərəfindən həyata keçirildiyini bildirib.

Paris prokuroru Laure Beccuaunun sözlərinə görə, oğurluq ilk vaxtlar mütəşəkkil cinayətkarlığın yuxarı eşelonları ilə əlaqələndirilsə də, bu, beə deyil: "Şübhəlilər yerlidirlər, hamısı da Parisin şimalındakı aşağı gəlirli Sena-Sen-Denis rayonunda yaşayırlar. Onlardan 3-ü saxlanılıb, 4-cü də axtarılır...".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA