HƏMAS daha üç israilli girovun cəsədini təhvil verib

img

03-11-2025 [00:46]


HƏMAS atəşkəs razılaşması çərçivəsində daha 3 israilli girovun cəsədini geri təhvil verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı olan "əl-Kasssam Tuqayları" məlumat yayıb.

Bildirilib ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının bir hissəsi olaraq həmin girovların cəsədlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verilib.

Məlumata görə, Qırmızı Xaç Komitəsinin rəsmiləri cəsədləri şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza  mərkəzinə aparıblar.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA