Əfqanıstan və Pakistan heyətləri İstanbulda anlaşdı - Atəşkəs davam edəcək (FOTO)

img

31-10-2025 [00:23]


Türkiyə və Qətərin vasitəçiliyi ilə İstanbulda keçirilən Əfqanıstan və Pakistan heyətləri arasında görüş müsbət nəticələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər atəşkəsin davamı ilə bağlı razılığıa gəliblər.

Görüşdə Türkiyə tərəfindən [MİT rəhbəri İbrahim Kalın da iştirak edib.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, 25-30 oktyabr tarixləri arasında İstanbulda Əfqanıstan və Pakistan arasında 18-19 oktyabr tarixlərində Dohada razılaşdırılmış atəşkəsi möhkəmləndirmək üçün görüş davam edib: "Bütün görüşlərdə atəşkəsin qorunması və sülh anlaşması əsas mövzu kimi müzakirə olunub. Nəhayət, bu gün tərəflər atəşkəsi qorumaq barədə razılığa gəldi. Atəşkəsin icrası və davamlılığı barədə əlavə prinsiplər noyabrın 6-da İstanbulda keçiriləcək yüksək səviyyəli görüşdə yekunlaşdırılacaq"

Bəyanatda qeyd edilib ki, tərəflər sülhü təmin etmək və pozanları cəzalandırmaq üçün monitorinq və yoxlama mexanizmi yaratmaq barədə də razılığa gəliblər.

Firudin Səfərli
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA