Litva Belarusla sərhədi bir aylıq bağladı - Səbəb açıqlandı

img

29-10-2025 [20:03]


Litva hökuməti Belarusla sərhədi qapadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb sıərhəddən  hava şarları vasitəsiylə qaçaq malar daşınmasıdır.

Litva hökuməti bildirib ki, bu problem və onun həlli üçün sərhəd bir aylıq qapalı saxlanılacaq: "Hökumət Medininkay və Salçininkay sərhəd keçidlərinin 30 noyabr tarixinə qədər bağlı qalacağına və zərurət yarandıqda bağlanma müddətinin uzadıla biləcəyinə qərar verib".

Litvanın daxili işlər naziri Vladislav Kondratoviç hökumət iclasında bildirib ki, sərhəd keçid məntəqləri isə yalnız diplomatlar, Rusiyanın Kalininqrad bölgəsinə tranzitlə gedənlər, Litvaya qayıdan vətəndaşlar, Avropa Birliyi və NATO ölkələri vətəndaşları və onların ailə üzvləri, eləcə də Litvada yaşayış icazəsi olan şəxslər üçün açıq olacaq.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA