"Bolmart” supermarketlər şəbəkəsi qapadılır? - Yoxlama gedir

img

29-10-2025 [16:00]


Sosial şəbəkələrdə “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı ilə bağlı məlumatlar yayılıb.

Əhalinin mağazalara üz tutduqlarını, lakin satış nöqtələrində onlara mağazaların bağlı olduğunu bildiriblər.

Modern.az məsələ ilə bağlı “Bolmart”ın qaynar xətti ilə əlaqə saxlayıb.

Telefona cavab verən şəxs “Bolmart” supermarketlər şəbəkəsinin bağlandığı barədə xəbəri təsdiqləyib. Bununla belə, mağazaların bağlanma səbəbi açıqlanmayıb, bunun müvəqqəti qərar olub-olmadığı da məlum deyil.

Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsi ölkə üzrə 70-ə yaxın satış nöqtəsində xidmət göstərirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA