"Etibar Məmmədovun durduq yerə hədəfə alınması və..." - AMİP funksionerindən sərt açıqlamalar
28-10-2025 [14:35]
"Xeyli müddətdir ölkə gündəminin əsas mövzusu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun cinayət ortaqlarının işi, həmçinin sürətli bahalaşmadır. "Boz Kardinal"ın qanunsuz əməlləri barədə yeni-yeni ifşaedici faktlar ortaya çıxdıqca, onun komandasında və təsir dairəsində olanların da narahatlığı artmaqdadır. Onlar gündəmin mövzusunu və istiqamətini dəyişmək üçün hərəkətə keçiblər. Düyməyə artıq basılıb. Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin, xüsusən Arif Hacılının AMİP və onun lideri Etibar Məmmədovu durduq yerə hədəfə alması və həmişə olduğu kimi, böhtan və qərəzli açıqlamaları da məhz yuxarıda bəhs etdiyim aktual mövzulardan cəmiyyətin diqqətini yayındırmaq məqsədi ilə həyata keçirilən uğursuz cəhddir".
Mia.az xəbər verir ki, bu sözləri AMP Siyasi Şurasının qüzvü Əli Orucov deyib.
Onun iddiasına əsasən, Müsavat Partiyası elə 2003-cü ildə də Ramiz Mehdiyevin direktiv və göstərişlərini icra edirdi:
""Boz Kardinal"ı hakimiyyətə gətirmək, ya da "Müsavat"ı süni şəkildə şişirtməklə, gənc İ.Əliyevi təzyiq altında saxlamaq layihəsi var idi aralarında. Və həmin plan iflasa uğrayandan sonra "B" planı işə salındı. Ölkə boyu ixtişaşlar baş verməli, dövlət idarəetməsi iflic hala salınmalı, beynəlxalq ictimaiyyətin qınağına nail olunmalı, beləliklə xaotik bir vəziyyət yaradılmalı idi. R. Mehdiyev də özünü qabağa verib önəmli və əsas fiqur kimi şərtləri diktə etməklə real hakimiyyəti əlinə almalı idi. Göstərməliydi ki, mən olmasam, hakimiyyəti saxlamaq, qorumaq və möhkəmləndirmək də mümkün deyil.
2003-cü il R.Mehdiyev-İ.Qəmbər gizli anlaşmasının əsas detalları məhz bunlardan ibarət idi. Həmin plan da gənc prezident İlham Əliyevin qətiyyəti və inamlı addımları sayəsində "onların ümidləri ilə birlikdə suya düşdü. Bu gün də cəmiyyətin bütövləşməsinə, problemlərin həlli yollarının dialoqdan kənar meydanlara daşınmasına çalışılır".
AMİP funksioneri deyir ki, iqtidar -müxalifət, həmçinin müxalifətdaxili münasibətlərin sivil qaydada qurulmasına çıxanlardan ən öndə gedənlərdən biri yenə də Müsavat Partiyasıdır: "Amma yanlış hesablamalar aparılır. Dövlət də, hakimiyyət də çox güclüdür. Prezident İ.Əliyevə rəqib və mane ola biləcək hazırda siyasi fiqur da, şəxs də yoxdur. Dövlətin gücü və qanunlar imkan verir ki, R.Mehdiyev və onun komandası, əlaltıları, ortaqları və tərəfdaşları həm xalq qarşısında, həm də ədalət mühakiməsi qarşısında hesabat versin. Buna heç kəsin şübhəsi olmasın. Tövsiyə edərdim, belə uğursuz cəhdlərdənsə, istintaq orqanları ilə həmin şəxs və qruplar əməkdaşlıq edərək cinayət işinin hərtərəfli və tam açılmasına kömək etsinlər".
Samir
MİA.AZ
Milli Məclisdə beynəlxalq parlament konfransı işə başlayıb
Şəhid Azər Bayramovla vida mərasimi keçirilib
Braziliyada narkotacirlərə qarşı silahlı əməliyyat: 64 nəfər ölüb - Onlardan 4-ü polisdir
Xarici parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarında olublar
Trampdan Qəzzadakı atəşkəsin pozulmasına reaksiya: "Yaxşı olurlarsa, yaxşı olacaqlar, yox, əgər..."
Güzəştli mənzillər satışa çıxarıldı - SİYAHI + Qiymətlər
Adada unudulan 80 yaşlı qadın ölü tapıldı - Bir gün sonra...
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç olub
İsrail atəşkəsi pozdu: 63 nəfər öldürülüb - 24-ü uşaqdır
Azərbaycan nefti ucuzlaşdı - 2 dollar...
AQTA sədri xanım müavinini niyə vəzifədən kənarlaşdırıb? - Dabağ xəstəliyinin "günahkar"ı tapılıb
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
PSJ-nin bir illik gəliri açıqlandı: 837 milyon avro
HƏMAS: "Biz savaş istəmirik, atəşkəsə sadiq qalacağıq"
AK Partiya İsrailin Qəzzada atəşkəsi pozmasını pisləyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sudanda mülki şəxslər öldürülür - Rəsmi Ankaradan etiraz bəyanatı
Keniyada təyyarə qəzası: 8 macar, 2 alman ölüb
Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırılıb - Bu Agentlikdə şöbə müdiri imiş...
Hikmət Hacıyev Ayşe Berris Ekinci ilə görüşüb - FOTO
“Kontakt Home” milyonlarla manat borca düşdü - FOTO
Mərc oyunları oynayan hakimlər cəzalandırılacaq - SİYAHI
QƏZZADA ATƏŞKƏS POZULDU, NETAHYAHU ORDUYA "VUR" ƏMRİ VERDİ - HƏMAS cəsədi geri verməyəcək
Prezident İlham Əliyev Zəngilanda - Daha iki kəndin açılışları olub
Qəzzada dağıntılar altından daha bir israilli əsirin cəsədi tapılıb
Bursada İŞİD üzvləri tutulub - 18 nəfər
"Apple"ın dəyəri artıb - 4 trilyon dolları ötüb
Baş nazir: "Emosiyalar heç kəsi çox uzağa apara bilməz"
"Sivasspor" baş məşqçi ilə yollarını ayırıb - AÇIQLAMA
FİFA türk klubunu cəzalandırdı
İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Bakıda taxtalar yığılan ərazi yanır
Ruben Vardanyana yeni vəkil təyin olunub
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
Ceyhun Bayramov Omana gedib
Küləklə bağlı xəbərdarlıq olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
"Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməli qoyulub - İlham Əliyev tərəfindən
Deputatlar toplanır: 11 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
QARABAĞIN DAHA BİR KƏNDİNƏ KÖÇ OLUB