Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb

img

28-10-2025 [14:04]


Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb.

Mia.az xəbər verir ki, imzalanma Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasının yekununda olub.

Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb.

Tərəflər bir daha Azərbaycan-Belarus münasibətlərinin strateji xarakterini vurğulayaraq, əməkdaşlığın gələcəkdə də dostluq, qarşılıqlı fayda və dəstək prinsipləri əsasında ardıcıl olaraq genişləndiriləcəyini bəyan ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA