Ərdoğan Britaniya Baş naziri ilə qırıcıların alışı üzrə anlaşdı - FOTO

img

27-10-2025 [20:53]


"Biz bu gün "Eurofighter" döyüş təyyarələrinin alınması üçün müqaviləyə imza atdıq"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə iki ölkə arasında "Eurofighter Typhoon" qırıcı təyyarəsi ilə bağlı imzalanan müqavilədən sonra deyib.

Ərdoğan bildirib ki, bugünki görüşdə Birləşmiş Krallığın Baş naziri ilə bir çox məsələlər ətrafında müsbət müzakirə aparıblar: "Sözsüz ki, müzakirələrimizin əsas mövzusu ticarət və müdafiə sənayesi ilə bağlıdır. Britaniya ilə ticarət dövriyəmizi əvvəlcə 30 milyard dollara, sonra isə 40 milyard dollara çatdırmağı hədəfləyirik. Müvafiq qurumlarımız bu istiqamətdə yorulmadan bir çox tədbirlər görür. Həmçinin üçüncü ölkələrə birgə investisiya planımız var. Enerji və müdafiə sektorlarında yeni tərəfdaşlıqlar qurmağı hədəfləyirik. Bir çox Britaniya vətəndaşının Türkiyəni ikinci evi hesab etməsindən məmnunuq. İnanıram ki, strateji tərəfdaşlığımızı növbəti səviyyəyə qaldıracağıq.

Bu gün həmçinin "Eurofighter Typhonn" qırıcı təyyarələrinin alınması üçün sənədlər  imzalandı. İki yaxın müttəfiq olaraq, bu addımı strateji münasibətlərimizin yeni simvolu kimi görürəm. Baş nazirə təşəkkür edirəm. Həmçinin digər müttəfiq ölkələrin liderlərinə konstruktiv mövqelərinə görə minnətdarlığımı bildirirəm. İnanıram ki, Birləşmiş Krallıqla bu əməkdaşlıq müdafiə sənayesində birgə layihələrə də qapı açacaq".

Zülfiyyə Mustafayeva
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA