Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq - Bu tarixdə

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq - Bu tarixdə

MƏDƏNİYYƏT

25.10.2025, 09:21

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert keçiriləcək.

Mia.az xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qulləsinin yanında bayram konserti olacaq.

Məlumata görə, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək.

Konsertin sonunda atəşfəşanlıq olacaq.

Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR