Nazirlərin, yoxsa İcra başçısının... - "Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzində nə baş verir?

img

20-10-2025 [09:03]


Hələ Sahil Babayevin dövründə Əmək və Əhalinin Sosail Müdafəsi Nazirliyinin (ƏƏSMN) "yükü" olan  “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinin indi də yeni nazir Anar Əliyevin, hətta rayonun icra başçısının  başına bəla olması barədə xəbər yayılıb.

Bu barədə Mia.az-ın poçtuna daxil olan məktubda deyilir ki, bu sanatoriyada ötən illərdəki xoşagəlməz hallar bu gün də davam etməkdədir: 

"Hörmətli media nümayəndələri! Ümid edirəm, müraciətim sizin vasitənizlə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə çatacaq. Dövlət başçısına müraciət etməyimizin səbəbi əlaqədar qurumların müraciətimizlə bağlı hərəkətsizliyidir. Söhbət “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi adı ilə fəaliyyət göstərən, lakin antisanitariyanın hökm sürdüyü, ciddi maliyyə pozuntularının olması barədə iddiaların olduğu “sanatoriyadan” gedir. Obyektin rəhbəri Elşən Əmiralanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqəyə girub “otkad” əməliyyatları, obyektdəki natəmizlik barədə dəfələrlə  şikayət etsək də nəticəsi yoxdur. 

Bu il sanatoriyaya üz tutan yüzlərlə pasiyent narazı qayıdır. Əksəriyyəti də sözegedən Nazirliyin xətti ilə gələn qazilər, əlillər və şəhid ailələridir. İddialarımızı sübut etməyə hazırıq. Obyektdəki antisanitariya, kefiyyətsiz qidalanma, başıpozuqluq pasiyentləri boğaza yığdı. Şikayət edənlərlə də müəssisənin rəhbəri kobud davranıb. Dərd ondadır ki, yerli icra hakimiyyəti də onlardan gələn şikayəti qulaqardına vurur. Sanatoriyanın rəhbəri Elşən Əmiralanov və onun avtoş oğlu rayonda hamının yanında İcra Hakimiyyəti də daxil olmaqla, hamının hesabını çatdırdıqlarını iddia edirlər. Həmin qurumlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını xüsusi çəkirlər. Hər göndərilən xəstəyə görə guya “haqq” ödədikləri deyilir. Doğrudanmı, belə mötəbər nazirlik bu cür yoılara gedir?! Xahiş edirik, həmin müəssisənin işi və onun İcra Hakimiyyəti ilə qaranlıq əlaqələrinin araşdırılmasına yardımçı olsanız!"

Xatırladaq ki, bir neçə il əvvəl də bu sanatoriyadan narazılıq, eyni zamanda, antisanitariya ilə bağlı rəsmi qurumların yoxlaması olub.

Yoxlama ilə “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi”ndəciddi nöqsanlar aşkar edilib: "Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda, müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb".

Qida Təhlükəsizliyi Agentliyi məhz sadalanan bu neqativ hallarla bağlı müəssisəni cəzalandırıb.

https://azertag.az/xeber/mocuzeli_naftalan_saglamliq_merkezi_mmc_de_qanunvericiliyin_teleblerinin_pozulmasi_fakti_askar_olunub-1899770 

Məsələyə ilə bağlı araşdırmamız davam edəcək.

Qarşı tərəfin münasibətini də yazıya əlavə etməyə hazırıq.

Samir
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA