Ramiz Mehdiyevin ailə üzvləri də dindirilib? - Yeni iddia yayıldı

img

19-10-2025 [09:20]


Xəbər verdiyimiz kimi, Prezident Aministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

İstintaq çərçivəsində artıq təkcə Ramiz Mehdiyev deyil, onun ailə üzvlərindən Qalina Mehdiyeva da dindirilib.

Mənbənin məlumatına görə, Qalina Mehdiyevanın ifadəsi xüsusilə Ramiz Mehdiyevin yaxın ətrafı və maliyyə əməliyyatlarına aydınlıq gətirə bilər.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur/musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 19.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA