Qubada ayılar kəndə hücum edib - Heyvanları parcalayıblar

img

23-09-2025 [10:32]


Qubada kəndə hücum edən ayılar iribuynuzlu heyvanları parcalayıb.

Məlumata görə, Quba rayonunun Səbətlər kəndində ayılar yerli sakinlərə məxsus heyvanları parçalayıb.

Hadisə nəticəsində kənd sakinləri İsa Hüseynova məxsus camış və Sübhan Əhmədova məxsus inək tələf olub.

Yerli sakinlərin sözlərinə görə, iki heyvanı tələf edən ayıların izləri kəndin daxilində də müşahidə olunur(Report).

Sakinlər təhlükə içərisində olduqlarnı qeyd edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA