ABŞ-ın sabiq prezidenti Trampı "vurdu": "Bu, böyük təhlükələrə yol açacaq..."

img

09-05-2018 [20:15]


ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmadan çıxması Yaxın Şərqdə silahlanma yarışına səbəb olacaq.

RİA "Novosti” xəbər verir ki, bunu Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama deyib.

Obama xüsusi bəyanatında Trampın qərarının yarada biləcəyi mənfi nəticələrdən danışıb:

"Bu, onsuz da təhlükəli olan rejimə dostlarımızı məhv etməklə təhdid etmək, Amerikanın öz təhlükəsizliyi üçün məqbul olmayan bir təhlükə yaratmaq, dünyanın ən təhlükəli bölgəsində silah yarışına təhrik etmək cəsarəti verə bilər. Əgər Birgə fəaliyyət planı çərçivəsində İranın nüvə proqramına məhdudiyyət götürülərsə, biz seçim qarşısında qalacağımız günün gəlişini sürətləndirə bilərik: bu təhlükə altında yaşamaq və ya bunu aradan qaldırmaq üçün müharibə etmək”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA