Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
19-09-2025 [16:34]
Elxan ŞÜKÜRLÜ
***
Azərbaycan Konstitusiyasına dəyişiklilklər edilməsi üçün yaxın aylarda referendumun keçirilməsini zəruri edən əsas səbəblərdən biri Ermənistanla yekun Sülh Sazişinin imzalanmasına hazırlıqdır.
Avqustun 8-də Vaşinqtonda Sülh Sazişinin razılaşdırılmış mətni paraflanıb və orada açıqca göstərilir ki, tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər.
Deməli, hər iki ölkənin daxili qanunvericiliyi indidən yekun Sülh Müqaviləsinə uyğunlaşdırılmalıdır.
Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi Azərbaycanın əsas tələblərindən biridir və Paşinyan hökuməti də artıq buna hazırlıq aparır.
Eyni zamanda, qüvvədə olan Azərbaycan Konstitusiyasında da müəyyən maddələr var ki, Ermənistanla yekun Sülh Sazişinin imzalanması prosesində ortaya çıxacaq problemlərin həllində hökumətimizin fəaliyyətini məhdudlaşdırır, ona çevik qərarların qəbulunda maneçilik törədir.
Söhbət, ilk növbədə, sərhədlərin delimitasiya və demarkasiyası zamanı, xüsusən də anklavlarla bağlı məsələnin həllində ortaya çıxacaq hüquqi maneələrdən gedir.
Məlum olduğu kimi, hazırda Ermənistan ərazisində Azərbaycanın 4 (Kərki, Yuxarı Əskipara, Sofulu, Bərxudarlı), Ermənistanın isə Azərbaycan ərazisində 1 (Başkənd) anklavı var.
Anklavlarla bağlı məsələnin necə həll ediləcəyi ilə bağlı arxa planda danışıqlar aparılsa da, detalları barədə ictimaiyyətə hələlik ətraflı məlumat verilmir.
Paraflanmış Saziş mətnindən belə çıxır ki, ilkin olaraq, SSRİ dövründəki sərhədlər əsas götürülməklə delimitasiya və demarkasiya prosesi aparılacaq.
Reallıqda isə anklavlara əhalinin qayıdışını və təhlükəsizliklərini təmin etməkdə hər iki tərəf ciddi problemlərlə üzləşəcək, sülhdə maraqlı olmayan üçüncü tərəflər isə bu durumdan istifadə edəcəklər.
Deməli, anklavlar məsələsi, gec-tez, “ərazi mübadiləsi” variantını hər iki ölkənin siyasi gündəliyinə daşıyacaq.
Qüvvədə olan Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin II hissəsi və və 11-ci maddəsinin III hissəsi isə Azərbaycan hakimiyyətinə “ərazi mübadiləsi”ni – sərhədlərin dəyişdirilməsini qadağan edir. Bu məsələ yalnız referendumla həll oluna bilər!
Deməli, Ermənistanla yekun Sülh Müqaviləsinin imzalanması üçün bu maddələr ya Azərbaycan Konstitusiyasından çıxarılmalı və ya ona dəyişiklik edilməlidir.
Xatırladaq ki, hazırda Ermənistan ərazisində olan 4 anklavın (Kərki, Yuxarı Əskipara, Sofulu, Bərxudarlı) toplam ərazisi 59,9 kv km, Azərbaycan ərazisindəki Ermənistan anklavının (Başkənd) ərazisi isə 40 kv km-dir.
Problem ondadır ki, anklavlar Sovetlər dönəmində olduğu kimi qaytarılacağı təqdirdə, bir tərəfdən, ora əhalinin köçürülməsi, gediş-gəliş uzun illər çətinlik yaradacaq, o biri tərəfdən də Ermənistanın Gürcüstan və İran gedən magistral yolları Azərbaycanın, Azərbaycanın Gədəbəy rayonunun bir neçə kəndinə gedən yol isə ermənilərin nəzarətinə düşəcək.
Azərbaycan və Ermənistan rəhbərləri isə Vaşinqtonda imzaladıqları sənədlərlə bəyan ediblər ki, tərəflər arasında münaqişəyə yol açacaq köhnə dəftərləri birdəfəlik qapatmaq və gələcəyə hər hansı problem saxlamamaq niyyətindədilər.
MİA.AZ
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)
Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar
“Qarabağ”ın futbolçuları ona pas verəcəkmi? - Şeydayevlə bağlanan müqavilədən həm pul, həm də toy ətri gəlir
Türkiyədə məktəbə hücum: iki müəllim bıçaqlandı
Xankəndidə bayram konserti keçiriləcək
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib
Konstitusiyaya dəyişiklik: referendum olacaq, yoxsa... - TƏHLİL
Hava Limanına bahalı taksi xidməti... - Rəsmi araşdırma başlandı
"Göztepe" 4 gənc futbolçu ilə müqavilə imzalayıb - FOTOLAR
KTN-nin səlahiyyəti genişləndi - Əli Əsədovdan qərar
"Formula 1": Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan referenduma gedir? - Vitse-spiker anons verdi
Əziz Yıldırım: "Heç kəsi dəstəkləmirəm”
Milli Məclisdə mübahisə: "Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm, bu sözləri deyəndə ehtiyatlı olun"
Bu uşaqlara birdəfəlik müavinət veriləcək - QƏRAR
"Gəlin, elə millətə çevrilək ki..." - Zahid Oruc
Bu ölkədə qadın yazarların kitabları qadağan olundu
AMXM-da “Tacik tikmə” dünyası sərgisi açılacaq
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı - FOTO
İrandan ölkəmizə narkotik keçirən şəxs tutulub
Okan Buruk: "Məsuliyyət mənimdir" - "Türkiyə və Almaniya liqaları arasında çox böyük fərq var"
İlkay Gündoğan: "Bu, bizim üçün bir dərs olmalıdır"
Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir - Kimlər qatılıb?
ETN-də şübhəli tender: 40 milyonliq kompüter nə üçün alınır?
Səs yazısı yayılan məktəb direktoru haqqında araşdırma başlayıb - “Mən də burada qulam..." + VİDEO (Yenilənib)
Parisdə muzeydən qızıl oğurlanıb - 700 min dollar dəyərində
Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
Azərbaycan nefti ucuzlaşdı