İSRAİLİN SURYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"

img

17-09-2025 [16:00]


Baş nazir Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti Suriya prezidenti Ahmet Şaranın qarşısına şərtlərini qoyub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Amerikanın “Axios” saytı yazıb.

İddia olunub ki, İsrail Suriya ilə Colan təpələri ətrafındakı bufer zonanın genişləndirilməsi və həmin bölgə istiqamətində uçuşa qadağa zonasının yaradılması və ağır silahların geri çəkilməsi kimi şərtlərdən ibarət sazişi təklif edib.

Məlumata görə, Dəməşq hələlik bu təklifə cavab verməyib, ancaq təklif bu gün İsrail-Suriya nümayıəndələri arasında müzakirəyə çxarılacaq:

"Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Tel-Əvivin təqdim etdiyi təklifi müzakirə etmək üçün bu gün Londonda İsrailin strateji işlər naziri Ron Dermerlə görüşəcək. Görüşdə ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın da iştirakı gözlənilir. Təl-Əvivin təklifi Suriya ilə İsrailin işğalı altında olan Qolan təpələri arasında bufer zonanın Suriya tərəfinə doğru daha 2 kilometr genişləndirilməsi, eyni zamanda, həmin bölgənin A, B və C zonalarına bölünməsini tələb edir.

Bölünən zonalar və ona yaxın ərazilərə Suriya əsgərləri və ağır silahlar buraxılmayacaq. Bununla belə, Suriya polisi və daxili təhlükəsizlik qüvvələri bu ərazilərdə fəaliyyət göstərə biləcək. Əgər Suriya buna razılıq versə, o zaman israil ələ keçirdiyi Suriya ərazilərindən mərhələlərlə geri çəkilmək öhdəliyi götürəcək"

İsrailin adı açıqlanmayan rəsmilərindən biri xəbəri təsdiq edib: "Lakin bir əlavə şərtimiz də var. Bizə Suriya üzərindən İrana hava dəhlizi yaratmaq imkanı istədiyimiz zaman tanınmalıdır. Çünki ola bilər ki,  gələcəkdə İsrailin İrana potensial hücumları olsun..."

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA