Əfqanıstanda üçüncü zəlzələ: ölənlərin sayı 2205 nəfərə çatıb

img

05-09-2025 [10:13]


Əfqanıstanın şərqində avqustun 3-nə keçən gecə baş verən və 2000-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra eyni bölgədə 5,6 bal gücündə növbəti zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Qeyd olunub ki, 5,6 bal gücündə zəlzələnin episentrinin Nangerhar əyalətinin paytaxtı Cəlalabaddan 14 kilometr şərqdə olub: "Zəlzələ daha 200-ə yaxın insanölümünə səbəb olub. Bununla da avqustun 31-dən bu günədək baş verən üç zəlzələdə ölənləri sayı 2205 nəfərə yüksəlib.
3640 nəfər isə yaralı var"

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR