Çempionlar Liqası: "Qarabağ" daha bir tarixi uğura imza atdı, qruplara yüksəldi (Yenilənib)

img

27-08-2025 [22:40]


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin revanşında "Qarabağ" Bakıda Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 20.45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayan oyunun 14-cü dəqiqəsində qonaqlar hesabı açıb - 0:1.

24-cü dəqiqədə "Qarabağ" hesabı bərabərləşdirib - 1:1

44-cü dəqiqədə  "Qarabağ" hesabı artırıb - 2:1

54-cü dəqiqədə qonaqlar penaltidən hesaba tarazlıq gətiriblər - 2:2

81-ci dəqiqədə macarlar daha bir qol ataraq önə çıxıblar - 2:3

Oyun bu hesabla başa çatıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda 3-1 hesabı ilə qalib gəlib.

Beləliklə, iki oyunun nəticəsinə görə üstün olan "Qarabağ" mötəbər yarışda ümumi qrupa vəsiqə qazanıb.

Təbriklər, "Qarabağ"!

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR