"Sədərək"dəki yanğınla bağlı araşdırma başlayıb

img

26-08-2025 [10:19]


"Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib(Report).

Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR